📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş

2026-02-06 21:40:46

Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib.