📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gümrü bazası yaradılanda Ermənistan hələ yox idi" - Rusiyadan açıqlama

2024-02-23 13:04:51

"Makronla Paşinyan Cənubi Qafqazda Fransanın hərbi bazasını qurmaq istəyirlər"


Hurriyyet.az xəbər verir ki, Rusiynın Siyasi Tədqiqatlar İstitutunun direktoru, politolor Sergey Markov Nikol Paşinyanla Emmanuel Makronun məqsədinin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Ermənistanda Fransanın hərbi bazasını yaratmaq olduğunu bildirib.
Markov "Teleqram" səhifəsində yazıb: "Ermənistan KTMT üzvlüyünü dondurur -  bunu Ermənistanın lideri Paşinyan bəyan edib. Paşinyan onu da bildirib ki, Rusiya hərbçiləri Ermənistandakı Rusiya vətəndaşlarını oğurlayır və onları Rusiyanın Gümrüdəki hərbi bazasında gizlədirlər. Bu, Rusiyanın hərbi bazasının Gümrüdən qovulması cəhdidir. 19-cu əsrdə Gümrü bazası yaradılanda hələ orada Ermənistan yox idi. 
Paşinyan bu açıqlamalarını Makronla danışıqlardan sonra Fransa televiziyasındakı çıxışında verib. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir.
Paşinyan ilə Makronun sövdələşməsinin mahiyyəti Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Cənubi Qafqazda Fransanın hərbi bazalarını yaratmaqdır. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas dostuna çevrilir".
 
Hürr Tərcüman