📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gümrüdə xidmət aparan rusiyalı hərbçilər erməniləri döyüblər

2023-08-22 16:13:35

Gümrüdə xidmət aparan rusiyalı hərbçilər erməniləri döyüblər

Ermənistandakı 102-ci Rusiya hərbi bazasında xidmət aparan rusiyalı hərbçilər Ermənistan vətəndaşlarını döyüblər.

Erməni mətbuatı yazır ki, hadisə Gümrüdəki kafelərdən birində baş verib.

Kafedə alkoqollu içki qəbul edən rusiyalı hərbçilər səs-küy salıblar.

İaşə obyektində çalışan işçilərin onları sakitliyə riayət etməyə dəvət etmələri rusiyalı hərbçilərin xoşuna gəlməyib və nəticədə mübahisə yaranıb.

Artıq insidentlə əlaqədar Rusiya Silahlı Qüvvələrinin üç hərbçisi saxlanılıb./Oxu.az