📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gümüşün qiyməti 13 il sonra ilk dəfə qalxdı

2025-06-05 22:29:28

Gümüşün qiyməti 13 il sonra ilk dəfə qalxdı

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş fyuçerslərinin qiyməti 2012-ci ilin fevralından bəri ilk dəfə 36 dolları ötüb.

Bu barədə ticarət əməliyyatlarına istinadla məlumat verilib.

Bu günə olan məlumata görə, gümüşün bir unsiyasının qiyməti 36.15 dollar olub.