📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Günah Paşinyanda deyil...” – “Deyilənlərə qulaq assaydılar, bu baş verməzdi”

2023-12-15 12:16:49

“Günah Paşinyanda deyil...” – “Deyilənlərə qulaq assaydılar, bu baş verməzdi”

“Bəli, biz hardasa səhv etmişik, bəli, hardasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək...”

Hurriyyet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko Azərbaycanla Ermənistan arasında vaxtında razılıq əldə edilməməsinə və bunun müharibəyə səbəb olmasına görə dolayısı ilə Ermənistanın əvvəlki rəhbərliyini günahlandırıb: “Ermənistan və Azərbaycanda bir dəfə deyilənlərə qulaq assaydılar, bu baş verməzdi və bunlar Paşinyanın günahı deyil. O, bütün bunları miras alıb. Mən Əliyevlə Serj Sarqsyanın arasında qaldım və açıq şəkildə təklif etdim ki, bu gün mümkün olanı həll etmək lazımdır, nəyə gedilə biləcəyi ilə bağlı qərar verməliyik. Bunu etmədilər, əvəzini də aldılar. İndi Ermənistan üçün yaxşıdır? Heç Azərbaycan üçün də asan deyil”.

Azpolitika.info