📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Günay Bank” və “Muğan Bank” buna görə bağlanıb

2023-11-01 16:45:21

“Günay Bank” və “Muğan Bank” buna görə bağlanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı yoxlamalardan sonra "Günay Bank" və "Muğan Bank" ASC-də hesabatlılığın düzgün olmadığı üzə çıxmışdı.

Hurriyyet.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Həmin bankların bağlanmasının səbəblərindən biri məhz bu idi. Biz yerində nəzarət etdik və məlum oldu ki, hər iki bankda kapital çatışmazlığı var. Bundan irəli gələrək həmin bankların lisenziyalarını ləğv etdik", - deyə o qeyd edib./axar.az/