📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Günay Bank"ın əmək haqqı kartlarındakı PULLARIN TALEYİ NECƏ OLACAQ?

2023-05-18 11:57:00

Vüqar Bayramov: "Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir"

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən "Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək. Bu baxımdan, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir: "Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az