📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gündə beş dəfə məscidə getməyən məmurlar CƏZALANDIRILACAQ

2024-08-08 23:04:35

Gündə beş dəfə məscidə getməyən məmurlar CƏZALANDIRILACAQ

Əfqanıstanda gündə beş dəfə məscidə getməyən hökumət işçiləri cəzalandırılacaq.

Bu barədə “Taliban” ali lideri Hibatullah Axundzadə fərman imzalayıb.

“(Taliban hökumətinin) nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar”, - sənəddə deyilir.

Bildirilib ki, üzrlü səbəb olmadan namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur.

Xatırladaq ki, 2021-ci ildə radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Daha sonra qadınlara bir sıra qadağalar tətbiq edilib. \\Redaktor.Az