📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gündəlik Tehran-Bakı reysləri açıldı

2025-05-06 11:13:01

Gündəlik Tehran-Bakı reysləri açıldı

Gündəlik Tehran-Bakı reysləri açılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.

“Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb”, - o qeyd edib.

Axar.az