Güney Azərbaycanda ana dili ilə bağlı divarlara şüarlar yazıldı - FOTO
2023-09-23 21:59:57
Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına etiraz edərək, divarlara şüarlar yazıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
Qeyd olunur ki, Təbriz küçələrini “Anam kimi, ana dilimi sevirəm”, “Məni yaşadacaq öz ana dilim”, “Hanı mənim ana dilim?”, “Eşq hələ sönməyib” kimi şüarlar bəzəyib.