Güney Azərbaycanda məktəbli qızların zəhərlənməsi davam edir!
Hurriyyet.az “Krım Xəbər Agentliyi”nə (Krım Haber Ajansı) istinadla xəbər verir ki, Cənubi Azərbaycanda qız məktəblərində şagirdlərin zəhərlənməsi davam edir.
Cüney Azərbaycanın Sulduz (Nəğədə) şəhərinin Məhəmmədyar bölgəsindəki Bəhman Qız Litseyində yenə də onlarla şagird zəhərlənib. İlk zəhərlənmə halının 2023-cü il aprelin 3-də günorta saatlarında baş verdiyi bildirilir.
Hadisənin məktəbə kimyəvi qaz atılması nəticəsində meydana gəldiyi, zəhərlənən məktəlilərin xəstəxanalara çatdırıldığı bildirilir.
İlk dəfə 2023-cü il martın 1-də, Ərdəbil şəhərində 9 məktəbdə 400 şagirdin zəhərləndiyi xəbər verilmişdi. “Fars Xəbər Agentliyi”nin verdiyi xəbərə görə, məktəbli qızların zəhərlənməsindən sonra 3 nəfər həbs edilib.
İranın Daxili İşlər naziri Əhməd Vahidi isə hadisə ilə bağlı heç kimin həbs edilmədiyini, lakin istintaq aparıldığını bildirib.
Hürr Tərcüman