Güney Azərbaycanda milli fəallar təhlükəsizlik idarələrinə çağırılır
2023-08-03 12:59:00
İranda "Siyasi və Vətəndaş Cəmiyyəti Məhbuslarının Müdafiəsi Kampaniyası" xəbər verir ki, son iki gün ərzində Ərdəbil, Təbriz, Urmu, Xiyav, Marağa, Tehran və başqa şəhərlərdə təhlükəsizlik məmurları azərbaycanlı fəallara zəng edərək onları dindirmək üçün təhlükəsizlik idarələrinə çağırıblar.
Firuz Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Coləni, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhhəməd Colani, Yaşar Əkbərzadə və başqaları təhlükəsizlik məmurları tərəfindən çağırılan milli fəallar sırasındadır.
Qeyd edək ki, milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandırıb və sözügedən orqanlara getməkdən imtina ediblər.
Ülviyyə, Hurriyyet.az