📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güneydə baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi

2022-09-30 14:39:00

Güneydə baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi

Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi adlı üç Azərbaycan türkü həbs olunub.
Adıçəkilən etirazçılar sentyabrın 22-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Zəncan şəhər həbsxanasına aparılıblar.
Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Ülviyyə, Hurriyyet.az