Güneyli fəaldan AÇIQLAMA: “Qarabağın azad edilməsindən qəzəblənən SEPAH Ermənistana verdiyi dronların idarə edilməsi üçün pilotlara təlim keçir”
2023-09-26 11:55:31
İranda insan haqları fəalı və siyasi məhbus olan Ərdəbil sakini Əli Rezayi “X” sosial şəbəkəsində maraqlı açıqlama edib. O yazıb:
“İşğal altında olan #Qarabağın #erməni_işğalçılardan azad edilməsindən qəzəblənən #İran İslam İnqilabının Keşikçiləri Korpusu (#SEPAH) #Təbriz şəhərinin ətrafında və qurudulmuş #Urmu_gölünün yatağında #Ermənistana bağışladığı #dronların idarə edilməsi üçün pilotlara təlim keçməklə məşğuldur.
Azərbaycana qarşı bu düşmənçilik aktı yalnız daha çox qəzəb və uzaqlaşmaya səbəb olur”.
Ülviyyə, Hurriyyet.az