Güneyli soydaşlarımız Urmu gölü ilə bağlı ekoaksiya keçirdilər
2023-07-28 15:21:00
Güney Azərbaycanın Xoy şəhərində ekofəallar Urmu gölü və Araz çayı ilə bağlı aksiya keçiriblər.
Ekofəallar plakatlarda şüar və tələblərini nümayiş etdiriblər:
"Urmu gölü can verir! Su bəndlərindən Urmu gölünün su kvotasını verin! Araz çayının çirklənməsi regionda xərçəng xəstəliyinin yaranması təhlükəsini artırır. Xoydakı su böhranı siyasi oyunlarla həll olan deyil! Plastik tullantılarla çirklənməni ciddi nəzarətə götürməliyik!"
Ülviyyə, Hurriyyet.az