“Gürcü arzusu” müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edir
2024-10-17 12:24:14
“Gürcü arzusu” müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edir. Belə ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili oktyabrın 16-da müxalifət qüvvələrinin 26 oktyabr seçkilərindən sonra konstitusiya çevrilişi ssenarisi hazırladığını bildirib.
Papuaşvilinin fikrincə, belə bir ssenarinin bütün əlamətləri var - əvvəlcədən hazırlanmış texniki hökumət, əslində seçkilərlə bağlı siyasi məqsədləri olan yerli müşahidəçilər və onların seçkilərlə bağlı əvvəlcədən hazırladıqları saxta nəticələr.
Bundan əvvəl, oktyabrın 7-də Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətlə parlament seçkilərinə qədər texniki hökumətin yaradılması imkanını müzakirə etdiyini açıqlamışdı.
Ülviyyə, Hurriyyet.az