📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcü Arzusunun bu addımı qorxunun nəticəsidir - Qaxariya

2021-07-31 13:39:00

Gürcü Arzusunun bu addımı qorxunun nəticəsidir - Qaxariya

Gürcü Arzusu Partiyasının müxalifətlə razılaşmadan çıxması qorxunun nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariya deyib.

“Qiymətləndirmələ fərqli ola bilər. Mənim üçün bu, qorxu ifadəsidir. Artıq aydın olur ki, hakim qüvvə ölkədəki cari çağırışlara cavab verməkdə çətinlik çəkir. Bu, əhvalda da, bizim vətəndaşların qərarlarında da əks olunur. Ən pisi odur ki, hakim partiya hər şeyi hakimiyyətin saxlanılması üçün edir. Bu məndə böyük təəssüf yaradır", – deyə o bildirib.