📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcü deputatın üstünə su tökdülər - VİDEO

2024-05-28 19:58:45

Gürcü deputatın üstünə su tökdülər - VİDEO

Müxalif gürcü deputatı Giorgi Vaşadzenin parlamentdə çıxışı zamanı üzərinə su töküblər.

Hurriyyet.Az xəbər verir ki, Gürcüstan mediası məlumat yayıb.

Məlumata görə, buna deputatın “Xarici agentlər haqqında” qanunu və hakim partiyanı tənqid etməsi səbəb olub.

Suyu atan şəxsin parlament çoxluğunun nümayəndələrindən biri olduğu bildirilir.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna qoyduğu vetonu 84 səslə dəf edib.