📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcü könüllüləri ukraynalılarla birlikdə Rusiyanı işğal edir

2024-08-10 11:39:53

Gürcü könüllüləri ukraynalılarla birlikdə Rusiyanı işğal edir

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Poroz kəndinə daxil olub. Oradan görüntüləri 252-ci batalyonun əsgərləri və gürcü könüllüləri paylaşıb.

Hurriyyet.az xəbər verir ki, sosial mediada yayılan məlumatda bildirilir ki,  Dövlət Duması Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri üzərində sürətli qələbəni gözləməməyə çağırıb.

Onu da bildirək ki, Rusiyalı deputat Andrey Qurulevin sözlərinə görə, Ukrayna ordusu hücum üçün ciddi qüvvələr və vasitələr yerləşdirib.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Qurulev, "Onları tez qovmaq mümkün olmayacaq”,-deyə fikrinə əlavə edib.

Musavat.com xəbər verir ki, yayılan videolarda diqqəti çəkən məqam odur ki, Rusiyaya girib kəndləri işğal edən ukraynalılarla bərabər gürcü könüllülər də bu prosesdə iştirak edir.

Aşağıdakı videodan bunu aydın görmək mümkündür./Musavat.com\