📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcü könüllüləri Volnovaxa uğrunda döyüşü davam etdirirlər

2022-03-09 16:11:00

Gürcü könüllüləri Volnovaxa uğrunda döyüşü davam etdirirlər

Gürcüstan hakimiyyətinin müqavimətinə baxmayaraq, əslən gürcü olan könüllülər müxtəlif  yollarla Ukraynaya daxil olurlar. Onların arasında fevralın 28-də problem yaşayan qrup da var. Qrup üzvləri martın 4-də Polşadan Ukraynaya gəldiklərini açıqladılar. Daha sonra Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin də Ukraynada olduğu məlum olub.
Könüllülərin bəziləri humanitar missiyalarda iştirak edir, xüsusən də gürcü həkimlər ukraynalı həmkarlarına yardım göstərir, digərləri isə birbaşa döyüş əməliyyatlarında iştirak edirlər.
Gürcü döyüşçülərdən biri, hazırda Odessada olan Vadim Çxetiani deyir ki, gürcü könüllülərin əksər hissəsi Volnovaxada cəmləşib. Onun dediyinə görə hazırda şəhər əslində iki yerə bölünüb. Bir hissəyə Rusiya qoşunları, digər hissəyə isə ukraynalılar nəzarət edir. "İnfrastruktur tamamilə dağılıb, elektrik yoxdur, mən bizim uşaqlarla əlaqə saxlaya bilmədim, lakin indi mən mənbələrimdən onların yaxşı olduqları barədə məlumat aldım", deyə Çxetiani bildirib.

Ülviyyə, Hurriyyet.az