Gürcü rəsmisindən AÇIQLAMA: Gürcüstan Rusiya ilə müharibəyə başlasa, “nəinki status, Gürcüstan adlı ölkə qalmayacaq”
2022-07-07 18:26:00
Tbilisi meri Kaxa Kaladze bildirib ki, Gürcüstan Rusiya ilə müharibəyə başlasa, “nəinki status, Gürcüstan adlı ölkə qalmayacaq”.
"2008-ci ildə Gürcüstanda baş verənləri hər kəs yaxşı xatırlamalıdır - itirilmiş ərazilər, itirilmiş kəndlər, çoxlu insan itkiləri, qaçan hökumət üzvləri, dağıdılmış şəhərlər və s.", deyə Kaladze qeyd edib.
Ülviyyə, Hurriyyet.az