📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcülər LGTB yürüşünün keçirilməsinə imkan vermədilər

2021-07-05 17:33:00

Gürcülər LGTB yürüşünün keçirilməsinə imkan vermədilər

Hurriyyet.org xəbər verir ki, Tbilisidə LGTB yürüşünün keçirilməsinə razı olmayan etirazçılar mərkəzdə yerləşən Rustaveli küçəsinə çıxıblar.

Çinsi azlıqların nümayəndələri bu gün axşam paytaxtda “Şərəf yürüşü” keçirməyi planlaşdırırdılar.

LGTB əleyhdarlarının mitinqi parlament binasının qarşısına keçirilib. Mitinq iştirakçıları aylarla parlamentin qarşısında duran müxalifət tərəfdarlarının çadırlarını və Avropa İttifaqının bayraqlarını yığışdırıblar. İnsanlar Rustaveli küçəsində yürüş edərək “Sakartvelo” (gürcü dilində “Gürcüstan”) şüarını səsləndirirlər.

Gürcüstan DİN-in məlumatına görə, etirazçılar Axvlediani küçəsində yerləşən Tbilisi Pride (qeyri-hökumət LGTB təşkilatı və yürüşün təşkilatçısı) ofisinə hücum ediblər.

Bu etirazlardan sonra LGTB təşkilatçıları “təhlükəsizlik təminatı məqsədi ilə” yürüşün keçirilməsini təxirə salıblar.