Gürcülər rusların Gürcüstana vizasız rejimlə axınını dayandırmaq üçün petisiya başlatdılar
2022-03-04 13:13:00
Change.org saytında ruslar üçün vizasız rejimin ləğvi ilə bağlı Gürcüstan vətəndaşlarının petisiyası yerləşdirilib.
Petisiyanın müəllifləri iddia edirlər ki, minlərlə Rusiya vətəndaşı Gürcüstan ərazisinə daxil olaraq bankomatları sözün əsl mənasında "talan edib", bankomatlardan bütün dollarları çıxarıblar. Gürcülərin fikrincə, bu, milli valyutanın zəifləməsi səbəbindən ölkənin milli təhlükəsizliyini təhlükə altına qoyur.
Bundan əlavə, müəlliflər əmindirlər ki, daxil olanlar arasında Gürcüstan üçün böyük təhlükə vəd edən Rusiya xüsusi xidmət orqanlarının agentləri də ola bilər.
Ülviyyə, Hurriyyet.az