📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcülərin məşhur “Acika”sına tələbat artır – Azərbaycan ilk beşlikdə

2026-09-20 13:16:36

Gürcülərin məşhur “Acika”sına tələbat artır – Azərbaycan ilk beşlikdə

Gürcüstanın məşhur Acika, tkemali və satsebeli souslarının xaricə satışı artmaqda davam edir.

Hurriyyet.media  xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Gürcüstan xarici bazarlara 2,3 milyon dollar dəyərində 911 ton sous ixrac edib. Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb.

Gürcü souslarının ən böyük alıcısı 324 tonla Rusiyadır. Sonrakı yerlərdə ABŞ – 159 ton, Avropa İttifaqı ölkələri – 139 ton, İsrail – 116 ton və Azərbaycan – 114 tonla qərarlaşıb.