📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan “3+3” formatından rəsmən imtina etdi

2021-12-09 16:07:00

Gürcüstan “3+3” formatından rəsmən imtina etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada Gürcüstanın Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq platformasına qoşulmaq niyyətində olmadığı bəyan edilib. Açıqlamada bildirilir ki, nazirlik dəfələrlə bu məsələ ilə bağlı “qəti mövqeyini” səsləndirib, nazir David Zalkaliani parlamentdəki son çıxışında da bu barədə danışıb. Zalkaliani deyib: “Biz həmin formatda iştirak eləməyi planlaşdırmırıq və buna görə də Gürcüstan 10 dekabr tarixinə təyin edilmiş görüşdə təmsil olunmayacaq”.

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə XİN açıqlama verərək, sabah Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin xarici işlər müavinlərinin səviyyəsində, “3+3” formatında görüş keçiriləcəyini bildirib.

 

Hürr Tərcüman