📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan ABŞ-la onillik hərbi müqavilə imzaladı

2022-05-20 20:15:00

Gürcüstan ABŞ-la onillik hərbi müqavilə imzaladı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan ilə ABŞ arasında onillik hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

Müdafiə sahəsində əməkdaşlıq razılaşmasını Gürcüstanın Müdafiə nazirinin birinci müavini Lela Çikovani ilə ABŞ-ın Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Lora Kuper Tbilisidə imzalayıblar.

Bu sənəd 2021-ci ilin oktyabrında Gürcüstanın Müdafiə naziri Cuanşer Burculadze ilə ABŞ-ın Müdafiə naziri Lloyd Ostin arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsinin davamıdır.

Hürr Tərcüman