📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gürcüstan addım-addım yeni dinc demokratik inqilaba doğru gedir" - XAQANİ CƏFƏRLİ

2024-05-01 14:18:56

"Etirazçıların sırası azacıq da genişlənsə, hakimiyyət dəyişikliyi ilə sonuclanacaq və dinc demokratik inqilab qarşısı alınmaz olacaq"

"Gürcüstan addım-addım yeni dinc demokratik inqilaba doğru gedir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Çin-Rusiya yönümlü "Gürcü arzusu"nun Kremlin sifaişini həyata keçirərək "Rusiya qanunu" kimi şərh olunan "Xarici təsirin şəffaflığı haqqında" Qanunu qəbul etdirmək cəhdi Gürcüstan cəmiyyətini ayağa qaldırıb: "Etirazçıların sırası azacıq da genişlənsə, hakimiyyət dəyişikliyi ilə sonuclanacaq və dinc demokratik inqilab qarşısı alınmaz olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az