📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ

2024-07-17 09:08:58

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ

Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.