📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

2026-09-16 11:34:19

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Georgi Zakaraşvili Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən Georgi Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynada səfiri olub.

Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.