📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Bakı və İrəvana vasitəçilik təklif edir

2022-09-14 12:00:00

Gürcüstan Bakı və İrəvana vasitəçilik təklif edir

“Gürcüstan Azərbaycan və Ermənistan arasında növbəti qarşıdurmadan narahatdır. İki ölkə arasında vəziyyəti narahatlıqla müşahidə edirik”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

“Məlumata görə, ölən və yaralananlar var. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək. Gürcüstan tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir və hazırdır”, - XİN-dən bildirilib. 

Yenisabah.az