📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan DTX: “Saakaşvili hərbi çevriliş edəcək”

2021-11-06 15:12:00

Gürcüstan DTX: “Saakaşvili hərbi çevriliş edəcək”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Saakaşvilinin dövlət çevrilişi hazırladığını iddia edib. Gürcüstanın DTX-nin təmsilçisi Baça Mqeladze keçmiş dövlət başçısı Mixail Saakaşvilinin həbsxanadan ölkədə dövlət çevrilişinə rəhbərlik elədiyini bəyan edib.

Mqeladze deyib: “Cari ilin 6 noyabrından etibarən müəyyən siyasi qüvvələr 12 saylı Rustavi penitensiar müəssisəsinin qarşısında fasiləsiz aksiyalar keçirmək qərarına gəliblər. Oraya hətta partiyanın regionlardan olan tərəfdarları toplaşmağa başlayıblar. Bundan başqa, Tbilisi şəhərində də etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Operativ informasiyaya görə, aksiyanın təşkilatçıları dövlət müəssisələrinin blokadasını planlaşdırırlar. Hakimiyyətin zorla devrilməsini hədəfə çevirən bu addımlar Mixail Saakaşvili tərəfindən həbsxanadan planlaşdırılır”.

 

Hürr Tərcüman