📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan "gender" terminindən imtina edir

2025-04-02 14:06:23

Gürcüstan

Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamenti "Gender bərabərliyi" barəsində qanunun adını dəyişib. Artıq həmin qanun "Qadın və kişinin" bərabərliyi adlanır. Dəyişikliyin lehinə 81 deputat səs verib.  Qanunvericilikdəki terminologiyanın da dəyişilməsi planlaşdırılır. Beləliklə, “gender məsələləri” ifadəsi “qadınlar və kişilər arasında bərabərlik məsələləri”, “gender dözümsüzlüyü” – “qadınlar və kişilər arasında bərabərliyə dözümsüzlük”, “genderə həssas” ifadəsi “genderə həssas” ifadələri ilə əvəz olunacaq.
Hürr Tərcüman