📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan hakimiyyəti: "Abxaziya və Cənubi Osetiyaya qarşı münasibətdə səhvlər etmişik"

2024-09-30 16:03:24

Gürcüstan hakimiyyəti:

Hurriyyet.az xəbər verir ki, qonşu respublikanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya münasibətdə səhvlər etdiyini bəyan edib və tərəfləri barışmağa çağırıb.
Kaladze jurnalistlərin qarşısındakı çıxışı zamanı deyib: "Biz bir-birimizə olan etibarımızı qaytarmalı və birlikdə yaşamalıyıq. Biz hamımız düzgün təhlil etməliyik. Biz də səhvlər etmişik və qarşılıqlı sülh üçün addımlar atmalıyıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və sülh şəraitində yaşamaq istəyitik. Biz buna radikal müxalifətin istədiyi kimi müharibə, zülm yolu ilə yox, sülh yolu ilə nail olmaq istəyirik".
Hürr Tərcüman