📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan müxalifəti seçkilərdə uduzacağı təqdirdə inqilaba hazırdır - Lado Qamsaxurdiya

2024-10-23 11:38:03

Gürcüstan müxalifəti seçkilərdə uduzacağı təqdirdə inqilaba hazırdır - Lado Qamsaxurdiya

Gürcüstan müxalifəti seçkilərdə uduzacağı təqdirdə inqilaba hazırdır. Belə ki, “Gürcüstanın birliyi” partiyasının rəhbəri Lado Qamsaxurdiya Ukraynada döyüşən gürcü könüllülərinin oktyabrın 26-da keçiriləcək seçkilərdə “Gürcü arzusu”nun qalib gələcəyi təqdirdə Gürcüstanda inqilab etməyə hazır olduqlarını bildirib.

Qamsaxurdiya hazırda Ukrayna tərəfində gedən müharibədə iştirak edir.

Xatırladaq ki, oktyabrın 16-da Abxaziya Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Rusiya sərhədçiləri ilə birlikdə Gürcüstan ərazisindən buraxılan PUA ələ keçiriblər. Sonradan məlum olub ki, onun sahibi 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin tərkibində də döyüşmüş gürcü fəal David Katsaravadır.

Ülviyyə, Hurriyyet.az