📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan niyə NATO üzvlüyü şansını itirdi? Səbəb Baydenin çəkingən siyasətidir...

2021-12-22 15:37:00

Gürcüstan niyə NATO üzvlüyü şansını itirdi? Səbəb Baydenin çəkingən siyasətidir...

Rusiya XİN-nin NATO-nu 2008-ci ildə NATO-nun Buxarest sammitində “Ukrayna və Gürcüstan NATO üzvü olacaq” qərarından rəsmən imtina etməyə çağıran rəsmi bəyanatından sonra Tiflisdəki siyasi dairələr vibrasiya vəziyyətinə düşüb.
Rusiyanın Ukraynaya silahlı müdaxiləsi “kartının” oynandığı Qərb-Ukrayna-Rusiya üçbucağında kəskin beynəlxalq intriqanın inkişafını diqqətlə müşahidə edən Gürcüstan NATO-nun “Ukrayna” əməliyyatında iştirak ehtimallarını-"NATO-nun Şərqə ikinci sıçrayış”ını gözləyirdi. Rusiyaya təklif olunan geosiyasi duel, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Valeri Çeçelaşvilinin dediyi kimi, Kremlin “dünyanın yüksək siyasi liqasının üzvü” kimi tanınması və ya tanınmaması üçün sınaq demək idi. Əgər belə demək mümkünsə, "siyasi matç"- Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında razılaşma baş tutdu. 
Geniş mənada dünya siyasətində Ukrayna böhranı başlayandan bəri çoxdan rat gəlinməyən proseslər başladı. SSRİ-nin dağılmasından sonra ilk dəfə “şərq cinahında gərginliyin azaldılması üçün tədbirlərin işlənib hazırlanması imkanları” haqqında məsələ qaldırıldı.
“Dar” anlamda desək, Ukraynadan Şimali Atlantika Alyansının "mühafizə çətiri" yaxud onun ərazisində NATO bazaların yerləşdirilməsi bəndi çıxarılır. Həmçinin Putin-Bayden danışıqlarında Gürcüstanın adı çəkilməsə də, hər kəsə aydın oldu ki, vəziyyətin təsvirində Tiflis də yer alır. Baxmayaraq ki, bu yaxınlarda Riqada keçirilən NATO XİN-lərinin sammitində Gürcüstana dəstəkdən və Ukraynanın NATO-ya daxil olmasından danışıldı.
ABŞ-ın "The National İnterest" qəzeti yazır: “Birləşmiş Ştatlar yalnız öz təhlükəsizliyini təmin etmək lazım gəldikdə hərbi ittifaqlara girməlidir. NATO alyansına üzvlük isə yalnız o ölkələrə verilməlidir ki, onların iştirakı ABŞ-ın milli təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Gürcüstana və ya bəzilərinin tələb etdiyi kimi Ukraynaya NATO üzvlüyünün verilməsi ABŞ-ın təhlükəsizliyinə heç bir şəkildə kömək etməyəcək və şübhəsiz ki, ABŞ üçün strateji risklərin sayını artıracaq”.
Təsadüfi deyil ki, Gürcüstana indiyə qədər alyansa üzv olmağı planlaşdıran ölkələrə yardım proqramı olan "Üzvlük Fəaliyyəti Planı"nda iştirak etməyə icazə verilməyib. Baxmayaraq ki, Gürcüstan NATO-ya üzvlük kriteriyalarını yerinə yetirməkdə müəyyən uğurlar əldə edib və hətta alyansın Bolqarıstan, Rumıniya kimi üzvlərini müəyyən mənada ötüb.
"Bundesver" hərbi qulluqçularına dərs deyən professor Karlo Masala deyir: “Gürcülər öz geostrateji mövqelərinin qurbanı oldular. Baltikyanı ölkələr alyansa daxil olanda Rusiya zəif idi, vəziyyət başqa idi. Bu gün NATO-da heç kim Tiflis üçün canını vermək istəmir. Gürcüstanın NATO-ya daxil olması ilə bağlı danışıqların sadəcə başlaması Rusiya ilə gözlənilməz nəticələrə səbəb ola bilər”. Beləliklə, Gürcüstan özünü “asılmış” vəziyyətdə hiss edir, kənardan “möhkəm” himayədar axtarışında çırpınır. Co Baydenin qalib gəlməsilə ABŞ seçkilərindən sonra Tiflisin tez qərar vermək şansları itirildi. İndi Putin və Baydenin hazırladığı yeni “Amerika qaydası” Ukraynaya aid edilirsə, Gürcüstana da şamil oluna bilər. 

Ülviyyə, Hurriyyet.az