Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edə bilər
2024-05-24 14:35:40
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 27-də Gürcüstan parlamenti xarici agentlər barəsində qanuna ölkə Prezidenti Salome Zurabişvili tərəfindən qoyulan veto qərarının qüvvədən salınması proseduruna başlayacaq.
Parlamentin Hüquqi Məsələlər Komitəsi veto qərarının dəf edilməsi təklifini dəstəkləsə, məsələ 28 may tarixli plenar iclasda müzakirəyə çıxarılacaq.
Bu barədə Gürcüstanın qanunverici orqanının saytında məlumat verilib.
Hürr Tərcüman