Gürcüstan parlamentinin rusyönümlü deputatından təklif: Rusiyanın “Mir” milli ödəniş sisteminə qoşulaq
2022-03-09 13:57:00
Gürcüstan parlamentinin deputatı Fridon İnciya hökuməti Rusiyanın “Mir” milli ödəniş sisteminə qoşulmağa çağırıb.
Parlamentə payız seçkilərindən sonra "Vətənpərvərlər Alyansı"nı tərk edən rusyönlü "Avropa Sosialistlər Partiyası"ndan olan deputat deyib ki, “Mir sistemindən istifadə Ukraynada davam edən müharibəyə baxmayaraq, Gürcüstana Rusiyanın pul və məhsullarından imtina etməməyə imkan verəcək”.
Ülviyyə, Hurriyyet.az