Gürcüstan Prezidenti: “Bizim bircə düşmənimiz var”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili “Azadlıq” radiosunun gürcü redaksiyasına müsahibəsində Gürcüstanın yalnız bir düşməninin olduğunu və həmin düşmənin Rusiya olduğunu bildirib. Prezident deyib: “İndi Rusiyanın öz qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya arzusu olmasının heç bir əlaməti görünmür”.
Jurnalist gürcülərin XX əsrin ortalarındakı dövrdə Rusiyaya münasibəti ilə indiki dövrdəki münasibətini müqayisə etdiyi zaman Zurabişvili onun fikirləri ilə razılaşıb, Gürcüstanda heç də hamının Rusiyanı düşmən kimi görmədiyini söyləyərək deyib: “Gürcüstanın bir düşməni var. Bəlkə də kimsə bunu başa düşmür, yaxud da başa düşmək istəmir, bir başqasına isə başa düşməmək sərf edir. Amma onun özü bunu (Rusiya düşmən olduğunu - TASS-ın qeydi) gizləmir və bu fakt hamı üçün aşkardır”.
Hürr Tərcüman