📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Prezidenti hakim partiyanı dəstəkləmir: "Koalisiya hökuməti qurulmalıdır"

2024-02-29 11:05:41

Gürcüstan Prezidenti hakim partiyanı dəstəkləmir:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla  xəbər verir ki, Gürcüstan Prezidenti hakimiyyətə yeni koalisiya hökumətinin gəlməsini istəyir. 
Britaniyada səfərdə olan Salome Zurabişvili Bi-bi-si telekanalına müsahibəsində öz prezident mandatının vaxtının bu ilin oktyabr ayında tamam olduğunu qeyd edib. O deyib: "Mənim fikrimcə, demokratiya yolunda uzun məsafə qət eləmiş Gürcüstan üçün keçmişdən miras qalan birpartiyalı sistemdən koalisiya hökumətinə keçid vaxtı çatıb".
Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak eləmək niyyətində olmadığını və mandatı təhvil verəcəyini bildirib. O, hazırda iqtidarda olan "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasına səs verməyəcəyini desə də, seçimini gizli saxlayıb. 
Gürcüstan parlament respublikası olduğundan burada qanunvericilik orqanına seçkilər əsas sayılır.  2012-ci ildən "Gürcü arzusu" partiyası hakimiyyətdədir. 2012-ci ildən əvvəl Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası iqtidarda olub. "Gürcü arzusu" səslərin 50 faizini toplaya bilməsə, müxalifət parlamentdə çoxluqda olmaq üçün koalisiya yarada və yeni hökuməti formalaşdıra bilər.
Hürr Tərcüman