Gürcüstan Prezidenti yeni müxalifət hərəkatını təqdim edib - "Avropaya səs ver"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Prezidenti Salome Zurabişvili "Avropaya səs ver" adlı yeni ictimai-siyasi hərəkatın təqdimat mərasimində iştirak edib. Təqdimatda səsləndirilən manifestin maddələrindən biri etiraz aksiyalarında iştirak edən gənclərin dəstəklənməsidir. Tədbir müxalif "Formula" telekanalının efirində göstərilib.
Zurabişvili təqdimatdakı çıxışında deyib: "Parlament seçkilərinə az vaxt - 100 gün qalıb. Bu, cəmiyyətə öz sözünü demək üçün həm azdır, həm də çoxdur. Bizdə adi seçkilər olmayacaq, bu, seçki kampaniyası deyil. Yoxsa, mən bir prezident kimi burada iştirak etməzdim. Bu, ölkəmizin taleyinin, gələcəyinin seçimidir. Bu bir tərəfində Gürcüstan cəmiyyətinin. digər tərəfində onu qəsb eləmiş hakimiyyətin durduğu referendumdur".
Hürr Tərcüman