📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Prezidentindən Saakaşvili ilə bağlı açıqlama

2022-11-24 21:13:00

Gürcüstan Prezidentindən Saakaşvili ilə bağlı açıqlama

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sağlıq durumu ilə bağlı müvafiq ekspert rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Əgər belə bir nəticə varsa (Saakaşvilinin səhhətinin acınacaqlı durumu ilə bağlı – red.), o zaman o, məhkəməyə təqdim edilməli və məhkəmə layiqli qərar verməlidir”, - Zurabişvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Saakaşvilinin vəkili Şalva Xaçapuridze Zurabişviliyə görüşlə bağlı müraciət ünvanlamışdı. O, səhhətindən dolayı Saakaşvilinin cəzasının təxirə salınmasının vacibliyində israr edir. \\Axar.az