📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan prezidentinə qarşı baş nazirdən impiçment cəhdi

2022-03-15 17:49:00

Gürcüstan prezidentinə qarşı baş nazirdən impiçment cəhdi

"Gürcü arzusu" ölkənin prezidenti Salom Zurabişvilinin impiçmenti üçün proseduru işə sala bilməyəcək, çünki bunun üçün kifayət qədər səs yoxdur. Müxalifət partiyası olan "Vahid Milli Hərəkat"dan deputat Roma Qotsiridze belə hesab edir.
Bu gün məlum olub ki, hakim "Gürcü arzusu" partiyası prezidentin hökumətlə razılaşmadan xarici səfərləri həyata keçirmək hüququnun olub-olduğunu anlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Hakim partiya "Gürcü Arzusu"ndan Mamuka Mdinaradze isə bildirib ki, hakim partiyanın prezidentin impiçmenti məsələsini qaldırmaq niyyəti yoxdur.
Bu arada VMH fraksiyasında belə bir fikir var ki, hakim partiya sadəcə texniki cəhətdən proseduru həyata keçirə bilməyəcək.
"İlk addım, onun hərəkətlərinin nə qədər konstitusion olub-olmadığı haqda Konstitusiya Məhkəməsinə müraciət etməkdir. Rəsmi olaraq, bunsuz impiçmentə başlaya bilməzlər, çünki yetərli səs yoxdur. İmpiçment üçün 100 səs lazımdır və Gürcü arzusunun 100 səsi yoxdur. Buna görə də bu addım psixoloji təsirdir", Qotsiridze deyib.
Xatırladaq ki, fevralın 27-dən 1-dək Gürcüstan prezidenti Almaniya pezidenti Frank-Valter Ştaynmeyer, Niderlandın baş naziri Mark Ryutte, İspaniyanın baş naziri Pedro Sançes, Fransa prezidenti Makron, Avrokomissiyanın rəhbəri Ursula fon der Lyaen, Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşlər keçirdi. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə hökumətin Salome Zurabişvilinin xarici səfərlərini dəstəkləmək istəməməsinin səbəbini bölgədə və Ukraynadakı hadisələr fonunda "Prezident, baş komandan ölkədə olmalıdır" deyərək izah etdi.

Ülviyyə, Hurriyyet.az