Gürcüstan Qara dənizdə qaz axtaracaq
Gürcüstan baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Avstriya-Rumıniyanın "OMW Petrom" enerji şirkətinin nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, söhbət Qara dənizin Gürcüstan şelfində təbii qaz ehtiyatlarının axtarışı prosesinin başlanmasını nəzərdə tutan "OMW Petrom" şirkətinin Gürcüstandakı fəaliyyətindən gedir. Şirkət artıq Rumıniyada Qara dənizdə təbii qaz hasilatı ilə məşğuldur. Gürcüstan layihəsinin büdcəsi 30 milyon dollardır.
Nazirlikdən verilən məlumata görə, "OMV Petrom S.A." yaxın gələcəkdə Qara dəniz şelfində neft və qazın kəşfiyyatı və hasilatı üzrə işlərə başlayacaq. Beləliklə, Gürcüstan şelfdə neft və qaz kəşfiyyatı aparılan ölkələrə qoşulacaq.
“Müqavilə neft və qaz hasilatı üçün 25 il müddətinə Qara dəniz kontinental şelfində (sahəsi 5282 km2) geoloji və geofiziki məlumatların hasilatı, toplanması, emalı və yenidən şərh edilməsini nəzərdə tutur. "OMV PETROM" Avropanın on ən böyük neft şirkətindən biri olan "OMV"nin törəmə şirkətidir. Qazma mərhələsinin dəyəri tədqiqatın nəticələrindən asılıdır.
Ülviyyə, Hurriyyet.az