📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan-Rusiya yolu bağlandı - Gömrükçülər təxliyə edildi

2024-06-06 17:16:53

Gürcüstan-Rusiya yolu bağlandı - Gömrükçülər təxliyə edildi

Gürcüstandan Rusiyaya gedən yol hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 

Hurriyyet.az xəbər verir ki, qar uçqunu səbəbindən beynəlxalq əhəmiyyətli Mtskheta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində hərəkət dayandırılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə, Gürcüstan-Rusiya sərhədində “Daryal” gömrük-sərhəd buraxılış məntəqəsinin bütün əməkdaşları təxliyə edilib. Buna səbəb isə Devdoraki çayında suyun səviyyəsinin artması olub. Vəziyyətlə tanış olmaq üçün sərhəd polisinin helikopteri əraziyə göndərilib.

modern.az