📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Rusiyanı təkzib etdi

2026-02-13 18:02:00

Gürcüstan Rusiyanı təkzib etdi

Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı heç bir söhbətin aparılmadığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

"Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası barədə danışmayıb. Buna görə də, bu məsələnin niyə gündəmə gətirilməsi bizim üçün tamamilə anlaşılmazdır", - deyə bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Qafqazda zədələnmiş bütün marşrutların, o cümlədən Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolunun bərpası imkanının açılması üçün işlərin aparıldığını açıqlamışdı.