📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

2022-02-25 14:00:00

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarına qoşulmayacağını bildirib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında qərarın Gürcüstanın milli maraqları əsasında verildiyini bildirib.

Jurnalistlərin onun Kiyevə uçub-uçmayacağı barəsində sualının cavabında Qaribaşvili səfər etmək xatirinə səfər etməyin lazım olmadığını deyib və ümumiyyətlə Ukraynanın hava məkanının bağlı olduğunu bildirib.

Xatırladaq ki, Rusiyanın Gürcüstana hücumu zamanı, 2008-ci il 12 avqust tarixində Ukrayna Prezidenti Viktor Yuşenko Polşa, Estoniya və Latviya liderləri ilə birlikdə gürcü xalqı ilə həmrəyliyini nümayiş etdirmək və Rusiyanın paytaxtı bombalamaq ehtimalının qarşısını almaq üçün Tbilisiyə getmişdi.

Hürr Tərcüman