📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Saakaşvilinin nə qədər həbsdə qalacağını AÇIQLADI

2021-10-23 19:26:00

Gürcüstan Saakaşvilinin nə qədər həbsdə qalacağını AÇIQLADI

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvilinin heç vaxt imtiyazları olmayacaq.

"Ona yemək yeməyə kim mane olur? Niyə ac qalır? Mən hamıya demək istəyirəm ki, məhkum Saakaşviliyə heç vaxt imtiyaz verilməyəcək", - Sputnik Gürcüstan Qaribaşvilidən sitat gətirir.
Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, Gürcüstan həbsxanalarında bir neçə min məhbus var və onların da qayğısına qalmaq lazımdır: "Məhkum Saakaşvili ölkəmizə qarşı qat-qat daha ağır cinayətlər törətməsindən başqa onlardan heç nə ilə fərqlənmir”.

Onun sözlərinə görə, Saakaşvili ən azı altı il həbsdə olacaq. \\Manset.az