📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan seçim qarşısında: hərb, yoxsa sülh? - partiyaya qarşı cinayət işi qaldırılacaq

2024-08-19 18:20:46

Gürcüstan seçim qarşısında: hərb, yoxsa sülh? - partiyaya qarşı cinayət işi qaldırılacaq

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşıdakı parlament seçkilərini sülh və ya müharibə seçimi ilə bağlı referendum hesab elədiyini bildirib. Kobaxidze ölkənin gələcəyinin oktyabrda keçiriləcək seçkilərdən asılı olduğunu söyləyib. 
Baş nazir bu gün jurnalistlərə açıqlamasında deyib: "Faktiki olaraq, bu seçkilər müharibə ilə sülh arasında seçim referendumudur. Bu, təbliğat ilə ənənəvi dəyərlər arasında seçimdir. Məncə, seçmək asan olmalıdır - sülh, əxlaq və ölkənin işıqlı gələcəyi seçiləcək".
Hakim "Gürcü arzusu" partiyasından olan Kobaxidze bildirib ki, seçkilərdən dərhal sonra əsas müxalifət partiyası olan "Vahid milli hərəkat"a qarşı məhkəmə prosesi başladılacaq - onlar rəqiblərin Tsxinvali regionunda müharibənin baisi olmaqda və digər cinayətlərdə ittiham edirlər.
Baş nazir deyib: "Hakim partiyasının ümumi mövqeyi belədir - doqquz il ərzində cinayətkarlıqla ölkəni idarə eləmiş "Vahid milli hərəkat" partiyasına qarşı hökmən məhkəmə prosesi aparılmalıdır".
Hürr Tərcüman