📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan teleqram kanalları Saakaşviliyə tənə vurdu

2024-08-15 12:39:48

Gürcüstan teleqram kanalları Saakaşviliyə tənə vurdu

Mixail Saakaşvili ABŞ üçün əhəmiyyətini göstərməyə çalışıb. Bunu Gürcüstanın teleqram kanalları iddia edir.

Xüsusilə, Gürcüstanın keçmiş prezidenti sosial şəbəkələrdə senatorların onun haqqında “tez-tez danışdıqlarına” sevindiyini bildirib və hətta ABŞ Dövlət Departamentinə onun azadlığa buraxılmasını xahiş edən məktub göndərib.

Lakin Amerika səfirliyi bütün bunları təkzib edib. “Cin Şahin və Mayk Törnerin səfəri zamanı Saakaşvili məsələsi müzakirə olunmayıb”, deyə departamentin açıqlamasında bildirilir.

Lalə, Hurriyyet.az