Gürcüstan Ukrayna böhranından zərərini nəzərdən keçirir
2022-03-01 16:37:00
Gürcüstan artıq Ukrayna böhranının mümkün zərərini nəzərdən keçirir. "TBC Capital" ekspertləri hesab edirlər ki, Rusiyanın Ukraynadakı əməliyyatı bir neçə ay davam edərsə, 2022-ci ildə Gürcüstanda iqtisadi artım proqnozlaşdırılan 6%-dən 0,5%-ə qədər yavaşlayacaq. Hadisələrin belə inkişafı ilə lari məzənnəsi təxminən 3,5 lari/$1 səviyyəsində qalacaq.
Əgər münaqişə tez həll olunarsa, o zaman ÜDM-in real artımı 6%-dən 3,5-4%-ə qədər azalacaq, lari məzənnəsi isə 3,15 lari/$1 səviyyəsində qalacaq. Eyni zamanda, onun qısamüddətli artımının 3,3-3,4 lari/$1 səviyyəsinə çatması da istisna edilmir. Ekspertlərin fikrincə, bu ssenaridə 2023-cü ildə iqtisadiyyatın bərpası davamlı olacaq.
Ülviyyə, Hurriyyet.az